Şamaxıda 6 otaqlı EV YANDI - FOTO

Şamaxıda 6 otaqlı EV YANDI - FOTO

Hazırda oxunan: Şamaxıda 6 otaqlı EV YANDI - FOTO
580256
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şamaxıda yaşayış evi yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın rayonunun Kiçik Xınıslı adlanan ərazisində baş verib.

Hadisə axşam saat 19:00 radələrində Məhəmmədəmin Rəsulzadə küçəsində, ev 5 ünvanında qeydə alınıb.

Yanğın 1964-cü il təvəllüdlü Süleymanov Sədaqət Ağadur oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan iki mərtəbəli, 6 otaqlı evdə baş verib. Hadisə zamanı evin ikinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları, ümumilikdə 60 kvadratmetr sahə və bir otağın taxtadan olan tavanı 25 kvadratmetr sahədə yanıb.
 

Nəticədə evin ikinci mərtəbəsindəki bütün əşyalar tamamilə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Əraziyə 3 yanğınsöndürən avtomobil cəlb olunub.


Yanğının başvermə səbəbi araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Şamaxıda 6 otaqlı EV YANDI - FOTO - foto 1
Şamaxıda 6 otaqlı EV YANDI - FOTO - foto 2
Şamaxıda 6 otaqlı EV YANDI - FOTO - foto 3
Şamaxıda 6 otaqlı EV YANDI - FOTO - foto 4
Şamaxıda 6 otaqlı EV YANDI - FOTO - foto 5

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO