Vəfa Allahverdiyevanın məhkəmə zalında HƏBSİ tələb edildi

Vəfa Allahverdiyevanın məhkəmə zalında HƏBSİ tələb edildi

Hazırda oxunan: Vəfa Allahverdiyevanın məhkəmə zalında HƏBSİ tələb edildi
577450
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə istintaqı tamamlanıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror yekun çıxış edib.

O bəyan edib ki, Vəfa Allahverdiyevaya verilmiş ittiham kifayət qədər dəlil-sübutlar və şahid ifadələri əsasında təsdiqini tapıb.

Prokuror bu əsasla onun 7 il 6 ay, birgə ittiham olunduğu Təranə Bağırovanın 9 il azadlıqdan məhrum edilməsini tələb edib. Sonuncu başqa cinayətə görə hazırda həbsdədir. Azadlıqda olan V.Allahverdiyevanın məhkəmə zalında qandallanması istənillib.
 

İş üzrə zərərçəkmiş Cavanşir Məmmədəliyevi isə yalnız ələ keçirilən 51 min manat pulunun geri qaytarılması maraqlandırır. O, hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib. 


Qeyd edək ki, Vəfa Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO