Azərbaycanda mal əti bahalaşdı - Yeni QİYMƏTLƏR

Azərbaycanda mal əti bahalaşdı - Yeni QİYMƏTLƏR

Hazırda oxunan: Azərbaycanda mal əti bahalaşdı - Yeni QİYMƏTLƏR
576733
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda mal ətinin qiymətində artım müşahidə edilir.

Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, həm sümüklü, həm də sümüksüz mal əti bahalaşıb.

Qiymət artımının 2-3 manat aralığında olduğu bildirilir. Hazırda qiymətlər 21-23 manat arasında dəyişir.

Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər.

Mütəxəssislər hesab edirlər ki, heyvanların sayında azalma, erkən kəsmələrin artması və xəstəliklərin geniş yayılması fonunda ət təchizatında ciddi risklər formalaşır. 

"Əgər xəstəliklə bağlı təchizatda çatışmazlıq baş verərsə, qiymət 25-30 manat aralığına yüksələ bilər. Daha ağır vəziyyətdə isə bu rəqəm 30-35 manatadək arta bilər. Lakin bu proqnozlar vəziyyətin gedişatına və aidiyyəti strukturların reaksiyasına görə dəyişə bilər. Prosesi nə qədər tez və effektiv şəkildə idarə etmək mümkün olarsa, qiymət artımı da bir o qədər sabit qala bilər”,- deyə A.Nəsirli bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO