Faktiki hava – Ordubada 41 sm qar yağdı

Faktiki hava – Ordubada 41 sm qar yağdı

Hazırda oxunan: Faktiki hava – Ordubada 41 sm qar yağdı
57512
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 28-i saat 11:00-a olan məlumatına əsasən, yanvarın 27-si günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağıb. 

Düşən yağıntının miqdarı Salyanda 9 mm, Sarıbaş (Qax), Şahbuzda 6 mm, Sabirabad, Cəfərxanda 4 mm, Lerik, Kişçay (Şəki), Ordubad, Ağdərədə (Ordubad) 3 mm, Naxçıvan, Daşkəsən, Göygöl, Qobustan, Qusar, İmişli, Şamaxı, İsmayıllı, Ağsu, Şabranda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 4 mm, Pirallahıda 3 mm, Bakı, Maştağada 1 mm-dək olub. 

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 41 sm, Sarıbaşda (Qax) 29 sm, Şahbuzda 15 sm, Qrızda 13 sm, Lerikdə 7 sm, Naxçıvanda 6 sm, Kişçayda (Şəki) 5 sm, Xaltanda 4 sm, Şamaxıda 2 sm, Daşkəsəndə 1 sm təşkil edib. 
Şimal-qərb küləyinin sürəti Tərtərdə arabir 18 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.4 metrə çatıb. 

Havanın minimal temperaturu bu gecə aran rayonlarında 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, Naxçıvan MR-da 3-8 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO