“Dostum ad günümə kokain hədiyyə etmişdi”

“Dostum ad günümə kokain hədiyyə etmişdi”

Hazırda oxunan: “Dostum ad günümə kokain hədiyyə etmişdi”
575051
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Yunis Məmmədlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Yunis bir müddət axtarışda olub və polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı gizləndiyi yerdə saxlanılıb. 

Onun üzərinə baxış zamanı müxtəlif növ narkotik vasitələrlə yanaşı, kokain də aşkarlanıb.

32 yaşlı müttəhim məhkəmədə 1 qrama yaxın çəkisi olan kokaini ona dostunun verdiyini deyib. Hakim Hafiz Kamranov isə həmin narkotikin qara bazarda kifayət qədər baha olduğunu, kiminsə marağı olmadan onu boş yerə verməsini inandırıcı hesab etməyib.
 

“Boş yerə deyildi. Dostum ad günümə hədiyyə etmişdi. Heç 1 qram olmazdı. Amma qara bazarda baha satıldığını bilirəm”, – deyə Yunis hakimi maraqlandıran məsələni cavablandırıb.


Proses zamanı şahid qismində dindirilən polis əməkdaşları da təqsirləndirilən şəxsin üzərində kokain olduğunu təsdiq ediblər.

İclas gələn həftə qalan şahidlərin dindirilməsi ilə davam edəcək.

Qeyd edək ki, verilmiş ittiham sübuta yetirilsə, təqsirləndirilən şəxsi 12 ilə kimi həbs gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO