Bakının mərkəzində xoşagəlməz MƏNZƏRƏ - VİDEO

Bakının mərkəzində xoşagəlməz MƏNZƏRƏ - VİDEO

Hazırda oxunan: Bakının mərkəzində xoşagəlməz MƏNZƏRƏ - VİDEO
57081
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir müddət öncə paytaxtın mərkəzi hissəsində, Ağa Nemətulla küçəsi ilə Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində beşmərtəbəli binanın önündə 4 mərtəbəli obyekt tikilib.

Lakin elə tikinti bitən kimi də söküntüyə başlanıb. Düz birinci mərtəbəyə qədər sökülən tikilinin indi də dağıntılarını küçədən təmizləmirlər. Sakinlər deyir ki, bir müddət tikintiyə, sonra söküntüyə dözüblər, amma sökülən daş-divarın təmizlənməməsinə dözə bilmirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakının parklama yerləri necə zəbt edilir? – Real mənzərə VİDEODA


Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələrindən birində sökülmüş tikili və bu tikilidə qalanaq ocaqlar, ətrafa yayılan tüstü və əlbəttə ki, şəhərin estetikasını zədələyən mənzərə.

Görüntülər Ağa Nemətulla küçəsi ilə Yusif Vəzir Çəmənzəminli küçəsinin kəsişməsində tikilib istifadəyə verilmədən sökülən bir obyektin xarabalıqlarındandır. 

Bina sakinləri deyir ki, bu tikilinin hansı təyinatla burada ucaldığından necə xəbərsiz olublarsa, sökülməsinin də səbəbləri onlara elə qaranlıq qalıb.

Lakin dağıntıların küçədən təmizlənməməsi indi onların əsas problemidir, çünki bu vəziyyət həm də gediş-gəlişə çətinlik yaradır.

Sakinlər belə bir mənzərənin şəhərin mərkəzində bu qədər uzun müddət qalmasını təəccüblü hal hesab edir. Ötən il tikilən və sökülən binanın dağıntılarının ərazidə unudulduğunu düşünürlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO