Ötən il xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Ötən il xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Hazırda oxunan: Ötən il xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI
56761
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalaraq 974,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6 faiz, Gürcüstana gedənlərin sayı 75,3 faiz azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 faiz artıb.

Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiyaya, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizi qadınlar təşkil edib.

2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8 faizi hava, 28 faizi dəmir yolu və avtomobil, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO