Qaz sayğacını satmaq istəyən şəxs saxlanıldı - FOTO

Qaz sayğacını satmaq istəyən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Qaz sayğacını satmaq istəyən şəxs saxlanıldı - FOTO
56176
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Tap.az-da hər şeyə rast gəlmişdik, bircə qaz sayğacından savayı. Əfsuslar olsun ki, bunu da gördük. Belə ki, yanvarın 18-də sözügedən saytda “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb”.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinindən məlumat verilib.

Bildirilir ki, məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib.

Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir.

“İnanırıq ki, məsələ öz hüquqi həllini tapacaq. “Azəriqaz” İB olaraq vətəndaşlardan xahiş edirik ki, bu kimi hallardan çəkinsinlər. Çünki gec-tez üstü açılan bu tip əməllərin mütləq şəkildə cəzası olur”, - deyə qurumun məlumatında deyilir.

Bizim.Media

Qaz sayğacını satmaq istəyən şəxs saxlanıldı - FOTO - foto 1
Qaz sayğacını satmaq istəyən şəxs saxlanıldı - FOTO - foto 2
Qaz sayğacını satmaq istəyən şəxs saxlanıldı - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO