Bakıda keçmiş məktəb direktoru axtarışa verildi - SƏBƏB

Bakıda keçmiş məktəb direktoru axtarışa verildi - SƏBƏB

Hazırda oxunan: Bakıda keçmiş məktəb direktoru axtarışa verildi - SƏBƏB
55202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda külli miqdarda dələduzluqda ittiham olunan keçmiş məktəb direktoru axtarışa verilib.

Bizim.Media xəbər verir ki, paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi 196 saylı tam orta məktəbin sabiq direktoru Mehdiyeva Sevinc Əlisafa qızı barəsində Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Sabiq direktor dələduzluqda ittiham olunur. Onun vətəndaşlara qarşı 200 min manatdan çox dələduzluq etməsi ilə bağlı iddialar da var. 

Barəsində axtarış elan olunan sabiq direktor ölkədən qaçıb. Onun Rusiyada olduğu güman edilir. 

Qeyd edək ki, 37 yaşlı Sevinc Mehdiyeva Hövsan qəsəbəsi 196 saylı orta məktəbin direktoru olub. O, işlədiyi dövrdə məktəbin kollektivinə qarşı haqsızlıqlar edib. Belə ki, direktor, məktəbin Uşaq Birliyinin rəhbəri Firəngiz Kazımovanı səbəbsiz yerə, “səndən xoşum gəlmir” deyib işdən çıxarıb. Bundan sonra təsərrüfat işləri üzrə müavini Ülkər Zeynalovanı işdən azad edərək, onun yerinə atası Əlisəfa Hüseynovu təyin edib. Həmçinin ittihamlar arasında direktorun dərs yükü çox olan müəllimlərdən 200 manat, müəllimlər günündə hər müəllimdən onu da “görmələri” adı ilə 50 manat alması da yer alıb. 

Bundan başqa S.Mehdiyevanın işə düzəltmək adı ilə xeyli sayda vətəndaşdan pul aldığı iddia olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO