Əri tərəfindən öldürülən qadın “Lider”in əməkdaşı olub - DETALLAR / FOTO

Əri tərəfindən öldürülən qadın “Lider”in əməkdaşı olub - DETALLAR / FOTO

Hazırda oxunan: Əri tərəfindən öldürülən qadın “Lider”in əməkdaşı olub - DETALLAR / FOTO
54531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda beş gün əvvəl baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində əri tərəfindən balta və bıçaqla öldürülən 1991-ci il təvəllüdlü qadın Həmidə Həsənova deyil, Nahidə Həsənovadır.

Nahidə Həsənovanın əvvəllər "Lider" Televiziyasında texniki şöbədə işlədiyi də məlum olub.

Qeyd edək ki, Xətai Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı N. Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. (Apa)

Bizim.Media

Əri tərəfindən öldürülən qadın “Lider”in əməkdaşı olub - DETALLAR / FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO