Sumqayıtda xəstəxanada baş verən yanğınla bağlı YENİ XƏBƏR - 15 nəfər zəhərlənib

Sumqayıtda xəstəxanada baş verən yanğınla bağlı YENİ XƏBƏR - 15 nəfər zəhərlənib

Hazırda oxunan: Sumqayıtda xəstəxanada baş verən yanğınla bağlı YENİ XƏBƏR - 15 nəfər zəhərlənib
54350
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhərində ümumi sahəsi 4280 kvadratmetr (hər mərtəbəsi 1070 kvadratmetr) olan mansarda tipli dördmərtəbəli xəstəxana binasının birinci mərtəbəsində otağın və dəhlizin yanar konstruksiyaları 134 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya bildirilib ki, yanğın zamanı xəstəxananın yerləşdiyi mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 32 nəfər (xəstə) xilas edilib, 49 nəfər (xəstə və personal) təhlükəsiz əraziyə təxliyə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda xəstəxanada yanğın: 30 nəfər təxliyə olundu - YENİLƏNİB


Xilas edilənlərdən 15 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən digər xəstəxanaya aparılıb.

Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO