Ölkədəki əcnəbilər yaşamalarını leqallaşdırmaq üçün nə etməlidir?

Ölkədəki əcnəbilər yaşamalarını leqallaşdırmaq üçün nə etməlidir?

Hazırda oxunan: Ölkədəki əcnəbilər yaşamalarını leqallaşdırmaq üçün nə etməlidir?
54282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkəmizdə olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşamalarını leqallaşdırmaq (qanuniləşdirmək) üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Xidmətdən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasında tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, miqrasiya qanunvericiliyinin tələblərini pozan, uzun müddət olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma tənbehinin tətbiqi məhdudlaşdırılmışdır.

Bununla əlaqədar olaraq, ölkədə uzun müddət olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər yaşamalarını leqallaşdırmaq (qanuniləşdirmək) məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmək üçün dəvət olunurlar.

Leqallaşma (qanuniləşmə) vaksinasiya olunmaq və tibbi xidmətlərdən yararlanmaq, ölkə ərazisində hüquqi hərəkətlər etmək, həmçinin gələcəkdə daha sərt inzibati tənbeh tədbirlərinin tətbiq olunmaması baxımından zəruridir.

Ölkə ərazisində yaşamalarını leqallaşdırmaq (qanuniləşdirmək) üçün əcnəbilərdən və ya onların nümayəndələrindən regional miqrasiya idarələrinə yaxınlaşmaq tələb olunur. Regional miqrasiya idarələrinin ünvanlarını buradan əldə edə etmək mümkündür.
Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO