İşğal Muzeyinin yaradılması ilə bağlı təkliflər təqdim edildi

İşğal Muzeyinin yaradılması ilə bağlı təkliflər təqdim edildi

Hazırda oxunan: İşğal Muzeyinin yaradılması ilə bağlı təkliflər təqdim edildi
54280
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdam, Cəbrayıl və Füzuli rayonlarında Zəfər muzeyi və açıq hava altında təşkil ediləcək İşğal muzeyi ilə bağlı konsepsiya sənədlərinin hazırlanması üçün Dövlət Xidmətinin əməkdaşları müvafiq orqanlarla birlikdə əraziyə baxış keçirib. İşğal muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq təkliflər təqdim edilib.

Bizim.Media-nın məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2021-ci ildəki fəaliyyəti ilə bağlı məlumatda deyilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli rayonlarının Baş Planı - Ərazilərin bərpası və yenidən qurulması üzrə dayanıqlı inkişafa dair Şəhərsalma Konsepsiyası ilə bağlı müvafiq rəy Dövlət Xidməti tərəfindən hazırlanıb və aidiyyəti üzrə göndərilib.

Eyni zamanda, Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin.

Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr hazırlanıb, Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO