Ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə VACİB XƏBƏR

Ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə VACİB XƏBƏR

Hazırda oxunan: Ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə VACİB XƏBƏR
54015
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Növbəti test imtahanından müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılmış namizədlərlə yanvar ayının 18-dən etibarən söhbət keçirilməsinə başlanılacaq.

Bizim.Media-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin qulluğa qəbul üzrə Müsabiqə Komissiyası bildirib.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla fərdi qaydada keçiriləcək söhbətin vaxtı barədə hər bir namizədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.

Xatırladılıb ki, namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında təşkil olunan hazırlıq kursları hazırda da davam edir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Eyni zamanda qeyd olunub ki, hazırda nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının ərizələrinin qəbulu davam edir (www.exidmet.justice.gov.az) və müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanı keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO