Təhsil krediti ilə bağlı YENİ XƏBƏR - Müqavilə bağlanır

Təhsil krediti ilə bağlı YENİ XƏBƏR - Müqavilə bağlanır

Hazırda oxunan: Təhsil krediti ilə bağlı YENİ XƏBƏR - Müqavilə bağlanır
53924
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, indiyədək 4083 müraciət qəbul olunub.

Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib.

Müraciətlərin nəticəsi olaraq, 23 dekabr 2021-ci il tarixində 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb.

"25 noyabr 2021-ci il tarixindən cari tarixədək vətəndaşlar tərəfindən yaranmış suallara aydınlıq gətirilməsi üçün Çağrı Mərkəzinə 3137, "WhatsApp messenger" üzərindən 2160, e-ttkf.edu.az dəstək bölməsinə 1767, portal.edu.az vasitəsilə Təhsil Nazirliyinə və nazirliyə məktub vasitəsilə (DMS) 115 olmaqla, ümumilikdə 7179 sorğu daxil olub", - nazirlikdən bildirilib.

Müraciətlərin qəbulu davam edir.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO