Bayram günlərində Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin sayı açıqlandı

Bayram günlərində Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin sayı açıqlandı

Hazırda oxunan: Bayram günlərində Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin sayı açıqlandı
53917
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qeyri–iş günlərində ümumilikdə 21 400-dən çox sərnişin Bakı-Sumqayıt qatarından istifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Məlumata görə, bayram günlərində Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun işləyib. Qeyri–iş günlərində Bakı-Sumqayıt qatarları ilə gün ərzində təqribən 3 500 -5 000 arası sərnişin daşınıb.

Adi günlərdə Bakı-Sumqayıt qatarları ilə gün ərzində 14 000-16 000 arası sərnişin daşınır.

Qeyd edək ki, ölkədə Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayıb. 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramı qeyd olunub.
Bu il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilərək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü elan edilmişdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO