DİQQƏT! - Pələng ilində BÜRCLƏRİ nə gözləyir?

DİQQƏT! - Pələng ilində BÜRCLƏRİ nə gözləyir?

Hazırda oxunan: DİQQƏT! - Pələng ilində BÜRCLƏRİ nə gözləyir?

53699

Pələng ili yanvar yox, fevralın 1-dən başlayır və 21 yanvar 2023-ə qədər davam edir.

Bizim.Media xəbər verir ki, bu yırtıcı ili optimizm və iri planlar qurmağa stimullaşdıracaq. 

Qoç

Bu bürclərə başlıca astroloq tövsiyəsi odur ki, hər şeyi eyni vaxtda və dərhal həll etməyə çalışmayın. Tələskənlikdən imtina edin. Baharda yeni layihələr gəlirlərinizi artıracaq. Uzunmüddətli münasibətləriniz varsa, 2022-də rəsmiləşdirə biləcəksiniz. Tənha qoçlar isə tanışlığa ilin ikinci yarısında nail olacaqlar.

Buğa

Hər şeyə fərqli bucaqlardan baxmaq üçün mənəvi dəyər və prinsiplərinə nəzər yetirməlidir. Yaz fəslində yaxşı ideyalarınız olacaq. Tanış əhatəniz genişlənəcək. 

Əkizlər

Mümkünsüz görünən hər şeyi bu il asanlıqla həll edəcəksiniz. Arzu və xəyalpərəstliklə vidalaşmalı olacaqsınız. Hər şeyə realist kimi baxmaq lazımdır. İmkanlar çox olacaq, lakin rahatlaşmaq olmaz. Təklifləri əldən buraxmayın. İlin birinci yarısında işi ön plana çıxartsanız, 2022-nin ikinci altı ayında ailə birinci yerdə olacaq.

Xərçəng

Qeybdən möcüzə gözləməyə dəyməz. Uğur qazanmaq istəyirsinizsə, daha israrlı olmaq lazımdır. 2022 risk və fəaliyyət ilinizdir. Xoş görüş və tanışlıqlar sizi gözləyir. 

Şir

2022 sizə aktiv fəaliyyət vəd edir. Təhsil və iş üçün bahar daha uyğundur. Yayda dincələ biləcəksiniz. Payızda işiniz çox olsa da, 2023-ə ruh yüksəkliyi ilə qədəm qoyacaqsınız.

Qız

Yaza qədər xüsusi plan qurmayın. Təhsil, dini mütaliə və idman məsləhətdir. Martdan sonra fikirlərinizi toplaya və uğur qazanacaqsınız. Payızda özünüzə qarşı daha da ciddi nəzarətdə olun.

Tərəzi

İlin əvvəlini problemlərinizi həll etməyə sərf edin. Dost çevrəniz genişlənəcək. İşdə yüksəliş gözlənilir. Amma tələsməyin, maliyyə çətinlikləriniz də həll olunacaq. Hisslərinizi düzgün ifadə etməyi öyrənin.

Əqrəb

Hər şeydə maksimum nəticə əldə etmək üçün təhsil önəmlidir. Baharda şəxsi həyatda dəyişikliklər ola bilər. Payızda düşdüyünüz çətinliklərdən çıxış yolu tapacaqsınız. Məqsədlərinizə çatacaqsınız.

Oxatan

Uğur sizinlə olacaq. Yüksəliş və yeni tanışlıqlar mümkündür. Hisslərı qapılmadan soyuq başla qərar verin. Yayda özünüzə qulaq asın, çünki bu fəsil 2022-ci ilin sonuna qədər həyatınızda özünü göstərəcək.

Oğlaq

2022-də uğur qazannaq üçün qəti qərarlara ehtiyac var. Fəal iş görməyə tələsin. İyunda yeni planlar qura biləcəksiniz. İşlərinizi səhmana salıb istirahət vaxtınız da olacaq.

Balıqlar

Əsas odur ki, bu il xırda narahatçılıqlara görə məyus olmayacaq, kiçik uğurlara sevinəcəksiniz. İşiniz çox olacaq, ancaq bundan zövq alacaqsınız. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO