Rayon qeydiyyatında olanların DİQQƏTİNƏ -  Bu gündən... - VİDEO

Rayon qeydiyyatında olanların DİQQƏTİNƏ -  Bu gündən... - VİDEO

Hazırda oxunan: Rayon qeydiyyatında olanların DİQQƏTİNƏ -  Bu gündən... - VİDEO
53558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İcbari Tibbi Sığorta Agentliyi 3 istiqamət üzrə mühüm dəyişikliklər edib. Artıq rayon qeydiyyatında olub Bakıda yaşayan vətəndaşların da işi asanlaşacaq.

Bizim.Media "Xəzər TV"yə istinadən xəbər verir ki, vətəndaşlar istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndərişsiz müraciət edə biləcəklər.

Sığortalı şəxslər ambulator müalicə üçün rahat şəkildə TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrinə üz tuta biləcəklər.

MÖVZU İLƏ BAĞLI:

Sığorta Agentliyindən vətəndaşlara çaşdırıcı məlumat GÖNDƏRİLİR? - Peyvəndlənmə MÜƏMMASI


Agentliyin departament rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə  vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan yaşadığı ərazi üzrə, eləcə də Bakı da daxil olmaqla digər şəhər və rayonlarda tibb müəssisəsinə müraciət edə bilərlər.

Agentlik özəl tibb müəssisələri ilə bağlı da mühüm yenilik edib.

Aynurə Əhmədova qeyd edib ki, dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri sığortalı vətəndaşlara ixtisaslaşırılmış tibbi xidmət göstərə bilmədikdə agentliyi məlumatlandıra biləcəklər.

Müraciət əsasında, vətəndaşların müalicəsi digər xəstəxanalarda aparılacaq.

Qeyd edək ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO