Azərbaycanda  mikroavtobus qəzaya düşdü - 1 ölü, 4 yaralı var

Azərbaycanda  mikroavtobus qəzaya düşdü - 1 ölü, 4 yaralı var

Hazırda oxunan: Azərbaycanda  mikroavtobus qəzaya düşdü - 1 ölü, 4 yaralı var
53425
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb.

Hadisə zamanı Ağdam rayon sakinləri - 31 yaşlı Xəlilov Rahib Osman oğlu, 45 yaşlı İmanov Cəlal Qüdrət oğlu, 20 yaşlı Həsənov Nahid Şahid oğlu, 56 yaşlı Xəlilova Şövkət Əhməd qızı və Xəlilzadə Yağmur Rahib qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, ağır xəsarətlər alan R.Xəlilov xəstəxanada dünyasını dəyişib.

Bizim.Media

Azərbaycanda  mikroavtobus qəzaya düşdü - 1 ölü, 4 yaralı var - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO