Sərnişinlərin diqqətinə: Bu gecə Metropolitenin iş vaxtı bir saat uzadılacaq

Sərnişinlərin diqqətinə: Bu gecə Metropolitenin iş vaxtı bir saat uzadılacaq

Hazırda oxunan: Sərnişinlərin diqqətinə: Bu gecə Metropolitenin iş vaxtı bir saat uzadılacaq
53336
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bayramlarla əlaqədar dekabr ayının 29-dan Bakı metropolitenində gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər edilib.

“Bakı Metropoliteni” QSC-dən Bizim.Media-ya verilən məlumata görə, şəhər mərkəzi və kütləvi bayram tədbirlərinin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.

Zəruri hallar üçün nəzərdə tutulan ehtiyat qatarların xəttə çıxması diqqətdə saxlanılır. Bu tədbirlər yanvar ayının 2-dək davam etdiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı sakinləri DİQQƏTLİ OLUN! - Yeni il gecəsi metro iş rejimini dəyişə bilər - VİDEO


Dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və bayram gəzintisi nəzərə alınaraq, metropoliten stansiyaları 2022-ci il yanvar ayının 1-nə keçən gecə saat 01:00-a kimi sərnişinlərin girişinə açıq olacaq.

“Bakı Metropoliteni” QSC bayram günlərində hər kəsin xoş ovqatlı anlar keçirməsi, neqativ hallara yol verilməməsi və fəsadların yaşanmaması üçün hər bir sərnişinin həmrəylik nümayiş etdirərək, metropolitendə istifadə qaydalarına və ictimai asayiş tələblərinə ciddi riayət edilməsini rica edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO