Həbsdə olan Qoca Səmədov xəstəxanaya yerləşdirildi

Həbsdə olan Qoca Səmədov xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Həbsdə olan Qoca Səmədov xəstəxanaya yerləşdirildi
53241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədov yenidən xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bir müddət əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum olunan sabiq icra başçının vəziyyəti pisləşdiyi üçün ilk olaraq Şəkidəki Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Daha sonra o, Bakıya gətirilərək Mərkəzi Klinikaya yerləşdirilib və növbəti dəfə ürəyindən əməliyyat olunub.

Hazırda sabiq icra başçısının müalicəsi davam etdirilir. Qoca Səmədovun vəkili Elnur Vəliyev faktı təsdiq edib.

Qeyd edək ki, Qoca Səmədov bir müddət əvvəl də ürəyindən əməliyyat olunmuşdu.

Xatırladaq ki, Q. Səmədov DTX-nin 2019-cu ilin noyabr ayında keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinib.

Q. Səmədov bu ilin sentyabrında Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO