Güzəştli mənzillərin satışına hazırlıq işləri başladı - FOTO

Güzəştli mənzillərin satışına hazırlıq işləri başladı - FOTO

Hazırda oxunan: Güzəştli mənzillərin satışına hazırlıq işləri başladı - FOTO
51139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində satışa çıxarılacaq güzəştli mənzillər agent bank və qiymətləndirici şirkətlərə nümayiş etdirilib.

Bizim.Media xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən kompleksdə ümumilikdə 986 mənzil olduğu diqqətə çatdırılıb.

Yaşayış binaları ilə yanaşı Kompleksdə 125 yerlik uşaq bağçası, 1176 şagird yerlik orta təhsil məktəbi inşa edilib.

23 dekabr 2021-ci il tarixində Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin satışına başlanılacaq və 30 dekabr 2021-ci il tarixinədək davam edəcək. Gözləmə qaydasında mənzillərin seçimi 27 dekabr 2021-ci il tarixində başlayacaq və 30 dekabr 2021-ci il tarixinədək davam edəcək.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Gəncə şəhərində güzəştli mənzillər barədə ətraflı məlumat linkdən əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO