Bu şəxslərdən odlu silahlar götürüldü - FOTO

Bu şəxslərdən odlu silahlar götürüldü - FOTO

Hazırda oxunan: Bu şəxslərdən odlu silahlar götürüldü - FOTO

0:00
0:00
50904

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayonun Püştətala kənd sakini Nikolay Ovçinnikovdan qanunsuz olaraq saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Dardoqqaz kənd sakini Sərvər Ramazanovdan “İJ” markalı müvafiq sənədləri olmayan tüfəng götürülüb.

Polisə müraciət edən şəhər sakini Elçin Davudov isə AK-74 markalı “Kalaşnikov” avtomatını könüllü olaraq  təhvil verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO