Sürücülük hüququ olmadan avtomobil idarə edən 1300 nəfər saxlanıldı

Sürücülük hüququ olmadan avtomobil idarə edən 1300 nəfər saxlanıldı

Hazırda oxunan: Sürücülük hüququ olmadan avtomobil idarə edən 1300 nəfər saxlanıldı
49451
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin 11 ayı ərzində paytaxt ərazisində nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan idarə olunması üzrə 1300-ə yaxın fakt aşkarlanaraq inzibati tənbeh tədbirləri seçilib.

Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli mətbuata açıqlamasında deyib.

O bildirib ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər tərəfindən törədilən 39 yol-nəqliyyat hadisəsində 18 nəfər həyatını itirib, 29 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

"Təbii ki, bu cür hadisələrin qarşısınının alınması üçün hər bir şəxsin məsuliyyətini düzgün şəkildə dərk etməsi olduqca önəmlidir. Məsuliyyətsizlik edərək sürücülük hüququ olmadan avtomobil idarə etmək inzibati məsuliyyət yaradırdısa, bu vəziyyət cinayət tərkibi yaradan yol-nəqliyyat hadisələrində şəxsin birbaşa təqsirli hesab olunması üçün əsas yaradan hallardan biri kimi qiymətləndirilir".

"Vətəndaşlarımızdan yol hərəkəti qaydalarına ciddi yanaşmağı, sürücülük hüququ olmadan avtomobil idarə etməyin ağır nəticələrə səbəb olduğunu nəzərə alıb, bu qanunsuz əməldən çəkinməyi xahiş edirik", - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO