Şəhid ailələri ilə bağlı yeni qərar

Şəhid ailələri ilə bağlı yeni qərar

Hazırda oxunan: Şəhid ailələri ilə bağlı yeni qərar
4913
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vəkillər tərəfindən şəhid ailələrinə və yaralanmış qazilərə ödənişsiz hüquqi yardım göstəriləcək, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin videokonfrans formatında keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən, şəhid ailələri və yaralanmış qazilər ödənişsiz hüquqi yardımla bağlı Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Onların vəkil qurumuna getməsinə ehtiyac olmayacaq, vəkillər özü həmin şəxslərin evlərinə gedərək yerində hüquqi yardımın göstərilməsi ilə əlaqədar lazımi işlər görəcəkdir. Belə ki, pulsuz hüquqi yardım və məhkəmədə təmsilçiliklə əlaqədar qeydiyyatdan keçmək istəyənlər Mərkəz ilə aşağıda göstərilən vasitələrlə əlaqə saxlaya bilərlər:

Elektron poçt: [email protected]

İclasda Rəyasət Heyətinin sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, o cümlədən sərtləşdirilmiş karantin dövründə vəkillərin sərbəst hərəkətinə icazə verilməsi, karantin qaydalarına ciddi əməl olunması və s. məsələlərə toxunub.

Həmçinin iclasda UNICEF Azərbaycan və Vəkillər Kollegiyası arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən hazırlanmış “Uşaq hüquqlarının müdafiəsinə dair bələdçi”yə dair məsələyə baxılıb.

Sədrin müşaviri Fərhad Nəcəfov bildirib ki, uşaq hüquqları üzrə vəkil-ekspert Rafiq Alışov və UNICEF-in ekspertləri tərəfindən uşaqların hüquqlarının vəkillər tərəfindən müdafiəsi üzrə bələdçi hazırlanıb.

Bələdçidə uşaq hüquqları, onların vəkillər tərəfindən müdafiəsi ilə əlaqəli bir sıra məsələlərin öz əksini tapdığı vurğulanıb. Sözügedən bələdçinin vəkillərə tövsiyə olunması ilə bağlı qərar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO