Yol polisindən sürücülərə XƏBƏRDARLIQ – Bunları etməyin

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ – Bunları etməyin

Hazırda oxunan: Yol polisindən sürücülərə XƏBƏRDARLIQ – Bunları etməyin
48605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, yaxın saatlarda hava şəraitinin dəyişməsi, şimal-qərb küləyinin güclənməsi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, küləkli hava şəraitində avtomobilin hərəkət istiqamətinin qəfildən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alsınlar, xüsusilə tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən daha diqqətli olsunlar:
 

"Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçsinlər və nəqliyyat vasitələrini parklayarkən müvəqqəti tikililərin, reklam lövhələrinin, ağacların, həmçinin küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamasınlar.


Bununla yanaşı, güclü külək müşahidə olunan yollarda, xüsusən açıq ərazilərdə yük avtomobillərini (əsasən ot daşıyan), moped və motosiklet tipli nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Belə hava şəraiti onlar üçün olduqca əlverişsiz və təhlükəlidir. Zərurət olduğu halda yol-patrul xidməti əməkdaşları tərəfindən bu kimi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması da istisna olunmur".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO