Maskadan istifadə etməyən şəxslər cərimələndi - VİDEO

Maskadan istifadə etməyən şəxslər cərimələndi - VİDEO

Hazırda oxunan: Maskadan istifadə etməyən şəxslər cərimələndi - VİDEO
48476
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxt ərazisində ictimai nəqliyyatda, həmçinin metroda polis əməkdaşlarını görəndən sonra maskadan istifadə edən şəxslərin aşkar edilməsi istiqamətində mülki geyimli əməkdaşlar tərəfindən reydlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirlərini davam etdirir.

Maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb onlar barəsində qanunauyğun tədbir görülüb. Analoji tədbirlər paytaxtın demək olar ki, bütün rayonlarında həyata keçirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO