Şəhid olan hərbçilərimizin doğum və qeydiyyat yerləri - SİYAHI

Hazırda oxunan: Şəhid olan hərbçilərimizin doğum və qeydiyyat yerləri - SİYAHI

48448

Bu gün helikopterin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları keçirərkən qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Bizim.Media qəzada həlak olan DSX hərbçilərinin doğum və qeydiyyat yerləri barədə məlumat əldə edib.

MÖVZU İLƏ BAĞLI:

Helikpoterin qəzaya uğradığı yerdən ÖZƏL FOTO


Polkovnik, 1966-cı il təvəllüdlü Füzuli Əliibram oğlu Cavadov Bakı sakinidir, Xəzər rayonun Zirə qəsəbəsində yaşayır. 

Polkovnik -leytenant, 1969 -cu il təvəllüdlü Emil Nəzər oğlu Nəzirov Lənkəranda doğulub, Bakının Xətai rayonunda yaşayıb. 

Mayor, 1988-ci il təvəllüdlü Elmir Mircəlil oğlu Həsənov Cəlilabadda doğulub, Bakının Abşeron rayonunun Xırdalan qəsəbəsində yaşayıb.

Mayor, 1979 -cu il təvəllüdlü Elbrus Şəmrəddin oğlu Əhmədov Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. 

Mayor, 1987-ci il təvəllüdlü Emil Mayılov Ağdaşda doğulub, Bakının Qaradağ rayonunda yaşayıb.

Tibb xidməti kapitanı, 1988 -ci il təvəllüdlü Ceyhun Xanlar oğlu Əhmədxanov Bakı şakinidir. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayıb.

Kapitan, 1994-cü il təvəllüdlü Cavid Əhliman oğlu Bayramlı Naxçıvan Muxtar Republikasının Şahbuz rayonunda doğulub. Qaradağ rayonunun Səngəçal qəsəbəsində yaşayıb. 

Kapitan, 1990-cı il təvəllüdlü Xəyyam Əlixan oğlu Əliyev Bakı sakinidir.Suraxanı rayonunda yaşayır.

Kapitan, 1983-cü il təvəllüdlü Teymur Ənvər oğlu Qaraisayev Qərbi azərbaycanlıdır. Ermənistan Respublikasının Kalinino rayonunda doğulub. Bakının Nizami rayonunda yaşayıb.

Leytenant, 1999 -cu il təvəllüdlü Abdulla Telman oğlu Süleymanov Bakı sakinidir. Cəbrayıl rayonunun Çərəkən kəndində qeydiyyatdadır.

Baş leytenant, 1996-cı il təvəllüdlü, Fərid Təyyar oğlu Nağıyev Beyləqan rayonunun Şərq qəsəbəsində doğulub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO