Helikopter qəzasında 14 nəfər vəfat edib, 2 nəfər yaralanıb - ADLAR

Helikopter qəzasında 14 nəfər vəfat edib, 2 nəfər yaralanıb - ADLAR

Hazırda oxunan: Helikopter qəzasında 14 nəfər vəfat edib, 2 nəfər yaralanıb - ADLAR
48401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Helikopterin qəzaya uğraması nətcəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, Bunu Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev mətbuata verdiyi rəsmi açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Helikopter qəzasında həlak olan hərbçilərimizin FOTOLARI 


O bildirib ki, “Qaraheybət” aviasiya poliqonunda planı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib. Qəza nəticəsində 14 nəfər vəfat edib, 2 nəfər yaralanıb.

Həlak olan hərbi qulluqçuların adları:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO