Zakir Həsənov şəhid ailələri ilə görüşdü

Zakir Həsənov şəhid ailələri ilə görüşdü

Hazırda oxunan: Zakir Həsənov şəhid ailələri ilə görüşdü
47848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Qusar şəhəri ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülərək ehtiram ifadə olunub.

Müdafiə naziri burada Qusar Rayonu İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Görüş zamanı Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələri adından təşəkkürünü bildirib.

Şəhidlərimizin xatirəsinin Dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran Müdafiə naziri şəhid ailələrinin problemləri və istəkləri ilə maraqlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO