Dubaydan Bakıya gələn sərnişində narkotik aşkarlandı – FOTO

Dubaydan Bakıya gələn sərnişində narkotik aşkarlandı – FOTO

Hazırda oxunan: Dubaydan Bakıya gələn sərnişində narkotik aşkarlandı – FOTO
47159
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Dubay - Bakı aviareysi ilə gələn, Azərbaycan Respublikası vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib.

Vətəndaşa məxsus yüklər monitordan keçdikdən sonra, təkrar baxış üçün yoxlama otağına dəvət edilib.

Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindəki balıq yağları dənəciklərinin arasından, kiçik plastik qabdan və siqaret qutusundan gömrük nəzarətindən gizlədilən, ümumilikdə 0,07 qram narkotik vasitə - qurudulmuş marixuana, 0.262 qram narkotik vasitə - kokain, 0.0001 qram psixotrop maddə - lizerqid (LSD), 0,3 qram narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Dubaydan Bakıya gələn sərnişində narkotik aşkarlandı – FOTO - foto 1
Dubaydan Bakıya gələn sərnişində narkotik aşkarlandı – FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO