Şəhid ailəsi fərdi evlə təmin ediləcək - FOTO 

Şəhid ailəsi fərdi evlə təmin ediləcək - FOTO 

Hazırda oxunan: Şəhid ailəsi fərdi evlə təmin ediləcək - FOTO 
4566
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şahbazlı Əlikram Novruz oğlunun ailəsinin sosial dəstək tədbirləri ilə əhatə edilməsi üçün müvafiq işlərə başlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Nazirliyin əməkdaşları Şabran rayon Bor-bor kəndində yaşayan ailə ilə görüşərək, yaşayış vəziyyəti ilə tanış olublar.

Beş nəfərdən (şəhidin atası Şahbazov Novruz, anası Hümbətova İmarət və üç bacısı) ibarət ailənin gələcəkdə fərdi evlə təmin olunması üçün qeydiyyata alınacaq.

Hazırda ailəyə ünvanlı sosial yardım ödənilir. Həmçinin şəhid ailəsi kimi ailəyə Prezidentin aylıq təqaüdü, ailə üzvlərinə aylıq müavinət təyin olunacaq.

Şəhidin atasının istəyi ilə ona özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə iribuynuzlu heyvandarlıq təsərrüfatı yaradılacaq. Şəhidin anasının isə elə öz kəndlərində işlə təmin olunması nəzərdə tutulur. Şəhidin bir bacısı tələbə, digər iki bacısı isə məktəblidirlər.

Ailənin yaşayış vəziyyəti diqqətdə saxlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO