Qaxda 2 ailənin üzvləri göbələkdən ZƏHƏRLƏNDİ 

Qaxda 2 ailənin üzvləri göbələkdən ZƏHƏRLƏNDİ 

Hazırda oxunan: Qaxda 2 ailənin üzvləri göbələkdən ZƏHƏRLƏNDİ 
44579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qax rayonunda daha iki ailənin altı üzvü göbələkdən zəhərlənib. 

Bizim.Media xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri, 1966-cı il təvəllüdlü Məlik Məsim oğlu Şıxamirov və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Pəri Qurban qızı Şıxamirova, ailənin gəlini 1996-cı il təvəllüdlü İlhamə Şıxamirova və ailənin övladı 2005-ci il təvəllüdlü Mehri Məlik qızı Şıxamirova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi


Müayinə zamanı Şıxamirovlar ailəsinin göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. Hazırda Şıxamirovlar ailəsinin müalicəsi xəstəxanada davam edir. 

Bundan əlavə, şəhər sakinləri olan Eldar Əfəndiyev və onun həyat yoldaşı Səyyarə Məmmədova da göbələk zəhərlənməsi ilə Qax RMX-a müraciət ediblər.

Eldar Əfəndiyevin vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb və onun həyat yoldaşı Səyyarə Məmmədovanın müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO