Polisdən sürücülərə TƏCİLİ XƏBƏRDARLIQ – Bu yolda binanın uçma təhlükəsi var

Polisdən sürücülərə TƏCİLİ XƏBƏRDARLIQ – Bu yolda binanın uçma təhlükəsi var

Hazırda oxunan: Polisdən sürücülərə TƏCİLİ XƏBƏRDARLIQ – Bu yolda binanın uçma təhlükəsi var
43275
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Nərimanov rayon ərazisində A. Nemətulla küçəsi 32 ünvanında istsmara tam yararsız yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb. Qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

O, bu məqsədlə bu gün saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla istiqamətinə əlavə yolda avtomobillərin, marşurut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağını və istiqamətin dəyişdirləcəyini qeyd edib. 

Qurum rəsmisi bütün hərəkət iştirakçılarına müraciət edərək bildirib ki, qısa müddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə sürücülər alternativ yollardan istifadə etsinlər. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO