Tovuzda yandırılan 10 yaşlı Nərminin hansı qan qrupu olduğu TƏSDİQLƏNDİ - RƏSMİ + FOTOFAKT

Hazırda oxunan: Tovuzda yandırılan 10 yaşlı Nərminin hansı qan qrupu olduğu TƏSDİQLƏNDİ - RƏSMİ + FOTOFAKT

42864

2 il əvvəl Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı hələ də ziddiyyətli məqamlar ortaya çıxır. Bu günlərdə qətldə təqsirli bilinən İlkin Süleymanovun məhkəməsindən sonra qardaşı Adil Süleymanov mediada dəhşətli iddia ilə çıxış etmişdi. Dediyinə görə iş materiallarında Nərmin Quliyevanın qan qrupu ilə meyitin qan qrupu fərqlidir.

Nərminin qan qrupu IV, basdırılan meyitin qan qrupu isə II qrup olub. O, bu faktın ekspertiza rəyində də olduğunu söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

10 yaşlı Nərminin qətlində ittiham edilən İlkinin vəkili: "Qətli törətməsinə dair cinayət sübutu yoxdur"


Ardınca isə Baş prokurorluq 2019-cu ildə Tovuzda itkin düşən azyaşlının qan qrupunun sonradan tapılan meyitdəki qan qrupu ilə fərqli olduğu barədə deyilənləri təkzib edib.

Məlumatda deyilir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb:

“İstintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib. Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyil”, - deyə qurumun açıqlamasında qeyd olunub. 

Ötən gün isə jurnalist Arifə Əliyeva “Facebook” hesabında Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qan qrupunun həqiqətən də IV olduğunu təsdiqləyəcək sənəd paylaşıb. Həmin sənəd Tovuz Mərkəzi Xəstəxanasının rəyidir.
 

Ziddiyyətin harada olduğu yenə qaranlıq qalıb. Tovuzda verilən qan analizi haqqında rəy, yoxsa sonrakı araşdırmalar əsassızdır?


Hər halda işin içində müəyyən çatışmazlıq və qüsurun olduğu göz önündədir. Buna isə mütləq bir aydınlıq gətirilməlidir. Kiminsə sənədsiz, sübutsuz və izahatsız “son söz” demək hüququ yoxdur. 

Ziddiyyətli məqamla bağlı Baş prokurorluğa müraciət etdik. Qurumun rəsmisi Kənan Zeynalov sorğumuzu qəbul etsə də, mövqeyini susqunluqla nümayiş etdirib.  

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb.
 

2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.


Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO