Bakıda əks yola çıxan avtomobil qəza törətdi - xəsarət alanlar var

Bakıda əks yola çıxan avtomobil qəza törətdi - xəsarət alanlar var

Hazırda oxunan: Bakıda əks yola çıxan avtomobil qəza törətdi - xəsarət alanlar var
42557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saat 00:40 radələrində, paytaxtın Binəqədi rayonu, İlqar Cümşüdov küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidən 9-cu mikrorayon istiqamətində hərəkət edən "Chevrolet Cruze" markalı avtomobil işıqforun qırmızı işığında keçərək əks yola daxil olub.

Nəticədə "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi Çevik Polis Alayının əməkdaşı tərəfindən idarə olunan "Mercedes" markalı avtomobil və "Toyota Prius" markalı avtomobillərlə toqquşub.

Zərbənin təsirindən "Mercedes"in sükanı arxasında olan polis əməkdaşı çətinliklə avtomobildən çıxarılaraq əraziyə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. "Toyota Prius"da olan sürücü və sərnişinlər də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO