Metronun bu stansiyalarında interval ENDİRİLDİ 

Hazırda oxunan: Metronun bu stansiyalarında interval ENDİRİLDİ 

39274

Təhsil müəssisələrində tədrisin tam bərpa olunması ilə əlaqədar Bakı metropoliteni səhər saatlarında qatarların hərəkət qrafikində intervalı 2 dəqiqəyə endirib. 

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

O bildirib ki, səhər saatlarından etibarən "Həzi Aslanov" - "28 may" stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib:
 

 MÖVZU İLƏ BAĞLI:

Metro ilə bağlı sevindirici XƏBƏR  


"Bakı metropoliteni sentyabrın 20-dən etibarən gücləndirilmiş rejimdə çalışır. Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya qaydalarında nisbətən yumşalma tədbirləri görməsi nəticəsində ictimai nəqliyyatda, eləcə də metro stansiyalarında sərnişin sıxlığının artması gözlənilir. 

Bu gündən etibarən təhsil müəssisələrində tədrisin tam bərpa edilməsi də sərnişin sayında dəyişiklik olacağı proqnozu verir. Ona görə də artıq metro stansiyalarının optimal hərəkət qrafikində müvafiq sıxlaşmalar aparılıb.  

Qatarların hərəkət intervalı gur saatlarda azaldılıb, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb. Əgər stansiyalarda hər hansısa sıxlıq yaranmaq ehtimalı olsa, dərhal hərəkət qrafiki nəzərə alınmaqla ehtiyat qatarlar xəttə buraxılacaq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO