DYP sürücülərə müraciət etdi – SABAHDAN... 

DYP sürücülərə müraciət etdi – SABAHDAN... 

Hazırda oxunan: DYP sürücülərə müraciət etdi – SABAHDAN... 
39142
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. 

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Bizim.Media-ya bildirib ki, sabahdan etibarən təhsilin əyani formada tam başlanması ilə əlaqədar yollarda sıxlıqların və tıxacların daha da çoxalması ehtimal olunur.

“Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, ictimai məsuliyyəti artırsınlar. Qanunlara, yol hərəkəti haqqında qanuna ciddi riayət etsinlər.
 

MÖVZU İLƏ BAĞLI:

Yol polisindən bu sürücülərə XƏBƏRDARLIQ – Məsuliyyətə cəlb ediləcəklər


Nəzərə alsınlar ki, ən xırda inzibati xəta hesab olunan dayanma-durma kimi qaydaların pozulması ,yolların hərəkət istiqamətinin zəbt olunması paytaxt ərazisində saatlarla davam edən sıxlıqlara, tıxaclara gətirib çıxarır.  

Bu cür hallara yol verməmək üçün hər bir vətəndaşımızdan ictimai məsuliyyəti artırmağı xahiş edirik. Nəzərə alsınlar ki, yol polis əməkdaşlarının sayı kifayət qədərdir.

Bütün küçə və prospektlərdə onlar nizamlayıcı qismində tıxacların, sıxlıqların qarşısını almaq üçün gücləndirici qaydada fəaliyyət göstərirlər. Lakin yenə də vətəndaşlar tərəfindən ictimai məsuliyyət önəmlidir”, - deyə, o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO