Vətən Müharibəsi qazisinin evində yanğın oldu - FOTO

Vətən Müharibəsi qazisinin evində yanğın oldu - FOTO

Hazırda oxunan: Vətən Müharibəsi qazisinin evində yanğın oldu - FOTO
38255
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatala rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün axşam saat 19:18-də qeydə alınıb.

Rayonun Yuxarı Tala kənd sakini Ələddin Xaliddin oğlu Osmanova məxsus, ümumi sahəsi 100 kv/m olan kürsülü 3 otaqdan ibarət fərdi yaşayış evində baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bir gündə 60 yanğın - FHN-dən AÇIQLAMA


Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ev sahibi Ələddin Osmanovun oğlu Elvin Osmanov Vətən Müharibəsi iştirakçısıdır. E.Osmanov Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO