Həyətində toy edənlər cərimələndi - TƏFƏRRÜATLAR - FOTO

Həyətində toy edənlər cərimələndi - TƏFƏRRÜATLAR - FOTO

Hazırda oxunan: Həyətində toy edənlər cərimələndi - TƏFƏRRÜATLAR - FOTO
37852
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Bum qəsəbəsində Azad Qəribova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi və onlardan otuzunun COVID-19 pasportu olmadığı müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Çənlibel”də toy edənlər cərimələndi - FOTO


Aparılan yoxlamalar zamanı Yenikənd kəndində də Arzu Soltanova məxsus ünvanda təşkil edilən toy mərasimində analoji qayda pozuntularına rast gəlinib.

Belə ki, mərasimdə 180 qonağın iştirak etdiyi və onlardan iyirmi səkkizinin COVID-19 pasportu olmadığı aşkar edilib. 

Qayda pozuntuları ilə əlaqədar toy sahibləri inzibati məsuliyyətə cəlb olunub və hər biri 300 manat məbləğində cərimələnib.

Bizim.Media


Həyətində toy edənlər cərimələndi - TƏFƏRRÜATLAR - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO