Azərbaycanda təhsil kreditlərinin veriləcəyi tarix AÇIQLANDI - RƏSMİ 

Azərbaycanda təhsil kreditlərinin veriləcəyi tarix AÇIQLANDI - RƏSMİ 

Hazırda oxunan: Azərbaycanda təhsil kreditlərinin veriləcəyi tarix AÇIQLANDI - RƏSMİ 
37381
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda təhsil tələbə kreditlərinin oktyabr ayının əvvəlindən verilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu il 40 minə qədər tələbəyə təhsil kreditləri veriləcək:

"Təhsil tələbə kreditlərindən həm bakalavr, həm də magistrlar yararlana biləcək. Oktyabr ayının əvvəli üçün təhsil tələbə kreditlərinin verilməsi planlaşdırılır. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib". 

N.Məmmədli bu il ali məktəbə qəbul olan I kurs tələbələrinin qeydiyyat mərhələsində ödəniş etmələri ilə bağlı məsələyə də aydınlıq gətirib.

O qeyd edib ki, qaydalara əsasən I kurslar qeydiyyat zamanı təhsil haqlarını ödəməlidirlər: 

"Lakin tələbənin kreditlə əlaqəli müraciətinə müsbət cavab veriləcəksə, o zaman həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək və tələbə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem yenidir və öz qaydasına düşəndən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO