Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır – LİFT DƏ QURAŞDIRILACAQ 

Hazırda oxunan: Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır – LİFT DƏ QURAŞDIRILACAQ 

0:00
0:00
36851

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır. 

Bizim.Media xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür: 

"Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı "B4" adlandırılan stansiyanın tikintisi ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə tədbirlər görülür. Stansiya ərazisində inşaatın ilkin hazırlıq işləri görülüb. Artıq bu işlər sürətləndirilib. Bu stansiyanın da platformaları 7 vaqonluq olacaq. 
 

Yeni tikiləcək stansiyada elevatorlarla yanaşı, liftlər də quraşdırılacaq. Yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək". 


Xatırladaq ki, yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO