
- A-
- A
- A+
Polis maşın oğurlayan şəxsləri saxladı
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edən bir nəfər Xudat şəhər sakini avqustun 26-da ona məxsus “VAZ-21013” markalı minik avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Bizim.Media-ya bildirdiyinə görə daxil olmuş müraciətlə əlaqədar bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri Sərxan Fərhadov və Elvin Seyidov saxlanılıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin Xudat şəhəri ərazisindəki evlərdən xeyli sayda samovar, su motorları, elektrik naqilləri (kabel), mis məftillər oğurladıqları müəyyən edilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































