Biləsuvarda qaziyə vəzifə verildi - FOTO

Biləsuvarda qaziyə vəzifə verildi - FOTO

Hazırda oxunan: Biləsuvarda qaziyə vəzifə verildi - FOTO
32210
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvar rayon İcra Hakimiyyətində Vətən müharibəsi qazisi vəzifəyə təyin edilib 

Bizim.Media xəbər verir ki, rayon icra başçısı Faiq Qürbətov bununla bağlı sərəncam imzalayıb. 

Müvafiq sərəncamla Əmrah Akif oğlu Kazımlı icra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi təyin edilib. 

Qeyd edək ki, Biləsuvar şəhərində anadan olan əsgər Kazımlı Əmrah Akif oğlu müharibənin ilk günlərindən torpaqlarımızın azad olunması uğrunda gedən Vətən müharibəsinə qoşulub.

O, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb.

Müalicəsini tamamladıqdan sonra Xocavənd və Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Əmrah Kazımlı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 

Bizim.Media

Biləsuvarda qaziyə vəzifə verildi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO