Bu saatda çiy tərəvəz yeməyin

Bu saatda çiy tərəvəz yeməyin

Hazırda oxunan: Bu saatda çiy tərəvəz yeməyin
30701
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şam yeməyində çiy tərəvəz salatı yemək zərərsiz bir fikir kimi görünür. Pəhriz saxlayanların zehnində tərəvəz salatları yüngül və kalorisiz qida kimi möhkəm yer tutub. Üstəlik tərəvəzlər vitaminlər və faydalı mikroelementlərdir. Aşağı kalorili və çox liflidirlər, hesab olunur ki, axşam yeməyində bundan daha faydalı yemək tapmaq olmaz. Lakin həkimlər və qidalanma mütəxəssisləri bununla razılaşmırlar.

Bizim.Media milli.az-a istinadla xəbər verir ki, Avstriya sağlamlıq mərkəzinin qidalanma mütəxəssisi Verba Mayr İrina Popova bunun nəticələri barədə danışıb.

O, bildirib ki, sağlamlığa, xüsusilə mədə sağlamlığına diqqət yetirirsinizsə, son yemək kimi çiy tərəvəzlər tövsiyə edilmir:

"Tərəvəzləri çiy halda yemək tövsiyə edilmir, çünki bu, həzm sisteminin ifrazını artıra, turşuların və spirtlərin əmələ gəlməsi ilə şişkinlik yarada bilər ki, bununla bağırsaq qişasısının iltihabına təkan verir. Buxarda bişmiş tərəvəzlərin yatmazdan 3-4 saat əvvəl və ya bəlkə də yatmazdan əvvəl qəbulu axşam aclığının qarşısını alacaq və mədədə ağırlığa səbəb olmayacaq.

Ümumiyyətlə tərəvəzləri ən yaxşı yemək üsulu buxarda bişirməkdir. Beləliklə tərəvəzlər faydalı maddələri saxlayacaq, ləzzətlərini itirməyəcək və bişirilməsi çox vaxt aparmayacaq. Brokkoli, yaşıl lobya, qulançar, gül kələm və şirin kartofu buxarda bişirin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO