FHN güclü küləyin törətdiyi fəsadlarla bağlı MƏLUMAT YAYDI

FHN güclü küləyin törətdiyi fəsadlarla bağlı MƏLUMAT YAYDI

Hazırda oxunan: FHN güclü küləyin törətdiyi fəsadlarla bağlı MƏLUMAT YAYDI
30279
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 28-i gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.

Bizim.Media xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

FHN-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT 


Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsində fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində dağıntılar altında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedici qrupu dərhal hadisə yerinə cəlb olunub və zərərçəkmişi xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Paytaxtın Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən şadlıq sarayının fasad şüşələrinin bir hissəsinin sınması, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən doqquzmərtəbəli binanın daş üzlüklərinin asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyətlərlə əlaqədar həmin ünvanlara cəlb olunmuş FHN XRXX-nın xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.
 

Bundan başqa, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən iyirmimərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin fasad hissəsində kondisionerin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükəli vəziyyət yaratması barədə daxil olmuş məlumat əsasında XRXX-nın müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, xüsusi alət və avadanlıqlar vasitəsilə kondisioner götürülərək sakinlərin təhlükəsizliyi təmin edilib.


Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən beşmərtəbəli binada dəmir lövhənin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün yaratdığı təhlükəli vəziyyətlə əlaqədar hadisə yerinə cəlb olunmuş XRXX-nın xilasetmə qüvvələri müvafiq tədbirlər görərək, təhlükəni aradan qaldırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO