Ukraynalı səfirin Şuşa tviti erməniləri yandırıb-yaxdı - FOTO

Ukraynalı səfirin Şuşa tviti erməniləri yandırıb-yaxdı - FOTO

Hazırda oxunan: Ukraynalı səfirin Şuşa tviti erməniləri yandırıb-yaxdı - FOTO
28183
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iyulun 9-10-da Şuşada olub. 

Bizim.Media xəbər verir ki, o, bu səfərlə bağlı "Twitter" hesabında paylaşım edib.

"Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!", deyə səfir yazıb.

Ukraynalı səfirin bu paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb.

Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsi və Krımın işğalının haqlı olduğuna dair şərhlər yazıblar.

Xatırladaq ki, iyulun 9-10-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri Füzuli və Şuşaya səfər edib.

Bizim.Media

Ukraynalı səfirin Şuşa tviti erməniləri yandırıb-yaxdı - FOTO - foto 1
Ukraynalı səfirin Şuşa tviti erməniləri yandırıb-yaxdı - FOTO - foto 2
Ukraynalı səfirin Şuşa tviti erməniləri yandırıb-yaxdı - FOTO - foto 3




 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO