Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi

Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi

Hazırda oxunan: Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi
272511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 23-ü Astara rayonunda toy karvanının qarşısını kəsərək magistral yolda sıxlığa səbəb olan və ictimai asayişi pozan bir qrup şəxs məsuliyyətə cəlb edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, rayonun Təngərüd kəndindən Balaca Şahağacı kəndinə gəlin gətirilərkən bəyin bir neçə dostu yolda avtomobilin qarşısını kəsib.

Belə ki, onlar yolun hərəkət istiqamətində dayanaraq gəlin maşınının qarşısını kəsib musiqiyə yüksək səs veriblər, eləcə də arxadan gələn digər avtomobillərin də yolun hərəkət istiqamətində dayanmasına şərait yaradıblar.

Bu zaman maşınlardan enən bir neçə nəfər yolun ortasında əllərində rəngli tüstü tutaraq magistralın ortasına masa qoyublar.

Masanın ətrafında dizləri üstə nərdtaxta adlanan oyun çərçivəsini açıb bəyin maşından düşərək onlara yaxınlaşmasını, toy şirinliyi kimi pul vermələrini istəyiblər. Bununla da arxadan hərəkət edən toy karvanına aidiyyəti olmayan digər avtomobillərdəki şəxslərin dayanaraq onları gözləməsinə zəmin yaradıblar. Bu da digər vətəndaşların narazılığı ilə nəticələnib.

Eyni zamanda həmin anın görüntülərini “TikTok”da paylaşaraq sosial müzakirələrə səbəb olublar.

Aparılan araşdırma zamanı magistral yolu kəsən şəxslərin 1977-ci il təvəllüdlü S.M., 1996-cı il təvəllüdlü F.G., 2001-ci il təvəllüdlü A.A. və 2002-ci il təvəllüdlü E.Q. olmaları müəyyən edilib.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə 4 nəfərin hər birinə 4 sutkalıq inzibati həbs verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO