
- A-
- A
- A+
Cəmiyyət
09:35 / 22.09.2025
1 dəq oxunma
Piyadanı vuran sürücü hadisə yerindən qaçdı
Hazırda oxunan: Piyadanı vuran sürücü hadisə yerindən qaçdı
271721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xəbər verdiyimiz kimi gecə saatlarında Oğuzun Bayan kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerlu bürosu xəbər verir ki, rayonun Baş Daşağıl kənd sakini 43 yaşlı Sadəddin Abdulhəmidov yol keçən zaman avtomobil vuraraq öldürüb.
Hadisə haqda müvafiq qurumları kənd sakinləri məlumatlandırıb. Elə həmin vaxt qəzanı törədən sürücünün hadisə yerində olmadığı aşkarlanıb. Belə ki, hadisədən sonra sürücü idarə etdiyi avtomobillə birlikdə ərazidən uzaqlaşıb.
DİN-nin Mətbuat Xidmətinin Şəki Regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.
Tural Rasimoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































