"Vüsal 300" kimi tanınan iş adamı HƏBS EDİLDİ

"Vüsal 300" kimi tanınan iş adamı HƏBS EDİLDİ

Hazırda oxunan: "Vüsal 300" kimi tanınan iş adamı HƏBS EDİLDİ
270559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu həbs edilib.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Vüqar Nağıyev sədrliyi keçirilən prosesdə Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bundan qabaq isə V. Abbasov Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ittiham olunurdu.

Qeyd edək ki, Xətai rayon Prokurorluğu tərəfindən aparılan cinayət işinə görə, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.
 

Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.


Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300"ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.  

Onu da qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların icarədarı kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO